XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2018 - 18:14

Ərdoğan məşhur tarixçi alimə vəzifə verdi –İlber Ortaylı Mədəniyyət nazirinin müşaviri təyin olunub

Tanınmış tarixçi alim, professor İlber Ortaylı Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müşaviri təyin olunub.

“Ahaber” bildirir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Haluk Dursun “Twitter” səhifəsində yazıb.

“İlber Ortaylı hamımızın ustadıdır. Mədəniyyətlə bağlı mövzularda Nazirliyin müşaviri olaraq bizə yardım edəcək. Hamımız türk mədəniyyətini inkişaf etdirməyə çalışırıq”, – deyə H.Dursun bildirib.

Qeyd edək ki, oktyabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlber Ortaylını prezident iqamətgahında qəbul etmişdi.