XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2018 - 20:06

Bakı-Surqut təyyarəsi Ufada təcili eniş etdi- Sərnişinin halı pisləşdiyinə görə

Bakı-Surgut marşrutu üzrə uçan “ЮТэйр” aviaşirkətinə məxsus təyyarə Ufa hava limanında təcili eniş edib.

Trend-in məlumatına görə, Ufa beynəlxalq hava limanının mətbuat katibi Tatyana Rizvan bildirib ki, təyyarənin sərnişini uçuş zamanı özünü pis hiss edib:

“Təyyarə hava limanına endikdən sonra sərnişin xəstəxanaya yerləşdirilib”.

T.Rizvanın sözlərinə görə, daha sonra təyyarə öz marşrutu üzrə uçuşa davam edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin