XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2016 - 14:53

Xarici işlər nazirinin müavininə ağır itki –Mərhum Heydər Əliyevin yaxın sılahdaşı vəfat etdi

nadir-xin-muavinAzərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynovun atası Sabir Hüseynov dünyasını dəyişib.

Nazir müavinin atası Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin yaxın silahdaşı olub.

Sabir Hüseynov 25 yaşında ikən Kirovabadın (indiki Gəncə) prokuroru təyin edilib, sonradan Azərbaycan SSR daxili işlər nazirinin müavini olub. Şəxsən Heydər Əliyevin təkidi ilə Azərbaycan Kommunist Partiyasının mərkəzi aparatında inzibati şöbənin müdiri vəzifəsinə gətirilir ki, respublikanın bütün güc strukturları həmin şöbəyə tabe idilər.

Sabir Hüseynov son nəfəsinə kimi Heydər Əliyevə və onun ideyalarına sadiq qalıb. Məhz o, insanları toplayaraq, Binə hava limanında Heydər Əliyevin qarşılanmasını təşkil etmişdi.

Sabir Hüseynovun cənazəsi sabah saat 10-da Təzəpir məscidindən götürüləcək. (haqqın.az)