XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2018 - 10:54

SAT imtahanı keçiriləcək –Dövlət İmtahan Mərkəzindən açıqlama

Dövlət İmtahan Mərkəzində (DİM) oktyabrın 6-da növbəti SAT imtahanı keçiriləcək.

Strateq.az DİM-ə istinadən bildirir ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq.

İmtahanın müddəti 3 saat 45 dəqiqədir.