XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 12:15

Allahşükür Paşazadə Çeçenistana gedəcək –Səbəb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-də Çeçenistanın paytaxtı Qroznı şəhərinə səfərə gedəcək.

Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qroznı şəhərinin yaranmasının 200 illiyinə həsr olunan yubiley tədbirində fəxri qonaq qismində iştirak edəcək A.Paşazadə təbrik nitqi ilə çıxış edəcək, respublika rəhbərliyi və tədbirə təşrif buyurmuş qonaqlarla görüşlər keçirəcək.