XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2018 - 12:51

“Qarabağ” “Arsenal”la oyunla bağlı azarkeşlərə müraciət etdi:"Stadiona 3 saat tez gəlin"

“Qarabağ” futbol klubu azarkeşlərinə müraciət edib.

Strateq.az kluba istinadən xəbər verir ki, müraciətdə bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ” – “Arsenal” oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə – saat 17:55-də açılacağə bildirilib:

“Azarkeşlərdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlməsi xahiş olunur”.