XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 17:15

Nazir Ramil Usubov Gəncəyə gedəcək –10 rayondan vətəndaşlar qəbul ediləcək

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabr ayının 27-də saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər: “Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər”.