XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2018 - 18:53

Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru vəzifəsi şöbə müdirinə həvalə olundu –Eldar Əzizov tərəfindən

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu tutduğu vəzifəsindən azad edib.

Strateq.az Unikal.org-a istinadən bildirir ki, Eldar Əzizov Qüdrət Şükürovun vəzifəsini müvəqqəti olaraq Xalid Ələkbərova həvalə edib.

Sözügedən xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Qeyd edək ki, Xalid Ələkbərov Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.