UEFA Avropa Liqasının II turu çərçivəsində “Arsenal”ı Bakıda qəbul edən “Qarabağ” budəfəki qarşılaşmadan da məğlub ayrılıb.
Strateq.az xəbər verir ki, qarşılaşmanın 4-cü dəqiqəsində “Arsenal” Sokratis Papastathopoulosun qolu ilə hesabı açıb – 0:1.
İlk hissədə bir neçə dəfə “Qarabağ”ın hesabı bərabərləşdirmək şansları olsa da, futbolçularımız əlverişli vəziyyəti qola çevirə bilməyiblər.
İkinci hissəyə daha təmkinli başlayan “Arsenal” 8 dəqiqə sonra fərqi artırıb. Belə ki, 53-cü dəqiqədə “Arsenal”ın oyunçusu Smith-Rov topu “Qarabağ”ın qapısından keçirib – 0:2.
79-cu dəıqiqədə “Arsenal” Guendouzin qolu ilə fərqi bir qədər də artırıb – 0:3.
Belələliklə, oyun bu hesabla başa çatıb.
Qrupun digər oyununda “Vorskla” isə evində “Sportinq”ə son dəqiqədə uduzub. Belə ki, qonaqlar 90+3-cü dəqiqədə qələbə qolunu vurub – 1-2.
Bu nəticələrdən sonra “Arsenal” 6 xalla qrupa başçılıq edir. “Sportinq”in 6 xalı olsa da, top fərqinə görə 2-cidir. “Vorskla” ilə “Qarabağ” qrupda xalsızdır.