XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

06 Oktyabr 2018 - 12:13

40-dan artıq ölkənin parlament sədrləri Türkiyəyə toplanır –Spiker Oqtay Əsədov da iştirak edəcək

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətimiz oktyabrın 8-9-da Türkiyənin Antalya şəhərində keçiriləcək Avrasiya ölkələri Parlament sədrlərinin 3-cü görüşündə iştirak edəcək.

Strateq.az Milli Məclisə istinadən bildirir ki, tədbirə 40-dan artıq ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılacaq:

“Nümayəndə heyətimizin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Toplantıda “Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq. Mövzu ilə əlaqədar Milli Məclisin Sədri çıxış edəcək. Burada parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub”.