XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

06 Oktyabr 2018 - 19:27

Joze Mourinyo istefaya göndəriləcək- “Mançester Yunayted” klubunun “Nyukasl” ilə oyunundan sonra

İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 8-ci turunda “Nyukasl” klubu ilə ev oyunundan sonra istefaya göndəriləcək.

AZƏRTAC xəbər verir ki, “Mançester Yunayted” klubunun rəhbərliyi portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi komandanın yeni mövsümdəki çıxışından məyus olub və buna görə də onun istefaya göndərilməsi barədə qərar qəbul edib.

J.Mourinyo matçın nəticəsindən asılı olmayaraq, vəzifəsindən göndəriləcək. Belə olan halda klub 55 yaşlı portuqaliyalı mütəxəssisə 20 milyon funt sterlinq təzminat ödəyəcək.

“Mançester Yunayted” klubunun baş məşqçisi vəzifəsinə əsas namizəd kimi Zinəddin Zidan göstərilir.

Qeyd edək ki, bu gün keçiriləcək “Mançester Yunayted” – “Nyukasl” görüşü Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. “Qırmızı şeytanlar” hazırda 10 xalla onuncu pillədə qərarlaşıblar. 2016-cı ilin mayında “Mançester Yunayted” klubunun baş məşqçisi təyin edilən Mourinyo bu müddətdə UEFA Avropa Liqasının, İngiltərə Liqa Kubokunun və Super Kubokunun qalibi olub.