XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

07 Oktyabr 2018 - 09:49

Pompeo Pxenyana gedib –Kim Çen Inla danışıqlar aparmaq üçün

ABŞ-ın dövlət katibi Maykl Pompeo bazar günü səhər KXDR lideri Kim Çen Inla danışıqlar aparmaq üçün Tokiodan Pxenyana uçub.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Şənbə günü Pompeo Yaponiyanın baş naziri Sindzo Abe və ölkənin xarici işlər naziri Taro Kono ilə danışıqlar aparıb. Tərəflər KXDR-in nüvəsizləşdirilməsinə nail olmaqda qətiyyətliliklərini bir daha təsdiq ediblər və Pompeo Pxenyanda aparılması gözlənilən danışıqlarda Şimali Koreya kəşfiyyatı tərəfindən oğurlanmış Yaponiya vətəndaşları mövzusuna toxunacağına dair vəd verib/Report.