XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

14 Fevral 2016 - 19:10

ABŞ prezidentliyinə namizəd Donald Tramp: “İraq müharibəsi böyük səhv idi”

Respublikaci-namizedler-2

ABŞ prezidentliyinə respublikaçı namizədlər şənbə günü Cənubi Karolina ştatında növbəti debatlarını keçirib. Namizədlər ABŞ-ın Ali Məhkəməsinin debatdan bir neçə saat önvə dünyasını dəyişmiş hakimi Anonin Skaliyanın yerinə təyinatın prezident Barak Obama deyil, yeni prezident tərəfindən edilməli olduğunu bildirib. 

 

Milli təhlükəsizlik məsələləri

 

Debatda milli təhlükəsizlik məsələləri ətrafında müzakirələr zamanı namizədlər arasında mübahisələr baş verib. Donald Tramp rəqibi Ceb Buşu prezident Obamadan əvvəl ABŞ prezidenti olan qardaşı Corc Buşun hakimiyyəti dövrü baş verənlərə görə tənqid hədəfinə çevirib. 

Tramp İraq müharibəsinin böyük səhv olduğunu deyib. Buş və Rubio Corc Buşun Amerikanı daha təhlükəsiz etdiyini deməsinə cavab olaraq Tramp dəfələrlə 2001-ci ildə Nyu Yorkda terror hücumları zamanı Dünya Ticarət Mərkəzinin iki binasının dağıldığını vurğulayıb. 

Ceb Buş həmçinin Donald Trampın Rusiya prezidenti Vladimir Putinə dəstək verməsini tənqid edərək, Suriya münaqişəsində Rusiyanın müsbət tərəfdaş olacağı haqda dediklərini gülməli adlandırıb. 

 

Mühacirlər məsələsi

 

Mühacirlər siyasəti ilə bağlı Rubio və Kruz arasında mübahisə baş verib. Rubio diqqətin ilk növbədə qeyri-qanuni mühacirlər məsələsinin həllinə yönəlməli olduğunu deyərək, sərhədlərdə təhlükəsizlik təmin edilməsə başqa proqramların effektiv olmadığını bildirib. 

Ölkədəki qeyri-qanuni mühacirlərə gəldikdə isə Rubio deyib ki, amerikalıların artıq ABŞ-da yaşayan insanlarla bağlı "ağlabatan, lakin məsuliyyətli qərar verəcəyini" düşünür. 

Kruz fərqli planı olduğunu bildirirərək, ABŞ-da yaşayan qeyri-qanuni mühacirlərə vətəndaşlıq verilməsini dəstəkləmədiyini deyib. 

Nyu Hempşirdə praymeri zamanı ikinci yerə çıxan Ohayo ştatının qubernatoru Con Keysik deyib ki, o, qeyri-qanuni mühacirlərin statusunun leqallaşdırılmasını dəstəkləsə də, onlara vətəndaşlıq verilməli olduğunu düşünmür. 

Ohayo qubernatoru eyni zamanda respublikaçı namizədlərin bir-birinə hücumlar etməsini tənqid edib və bunun noyabr ayında məğlubiyyətə yol aça biləcəyini deyib. O, namizədləri diqqəti şəxsi hücumlar deyil, siyasi plataformalarının izahına yönəltməyə çağırıb.

Amerikanın səsi