XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

07 Oktyabr 2018 - 15:32

Bakıda bu yolda sürət həddi 20 km/saata endirildi –Agentlikdən xəbərdarlıq

Bakı Nəqliyyat Agentliyi mövcud hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Strateq.az Agentliyə istinadən bildirir ki, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev prospekti – Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib:

“Eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir”.

Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin metereoloji amilləri nəzərə alsınlar.