XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2018 - 17:20

19 yaşlı qız özünü kanala atdı –Zərdabda intihar

Fövqəladə Hallar Nazirliyinin “112” Zəng mərkəzindən, Mil-Muğan-Şirvan su kollektorunun Kürdəmir rayonu, Həzi Məhərrəmli kəndi ərazisindən keçən hissəsində, suyun üzərində 1 qadın cəsədinin görülməsi barədə (ən yaxın məntəqə ərazisindən 140 km aralı nəzarətsiz ərazidə) məlumat daxil olub.

Strateq.az FHN-ə istinadən bildirir ki, məlumat alındıqdan dərhal sonra, xidmətin strukturuna daxil olan “Aran” dalğıc axtarış qrupundan 5 nəfər şəxsi heyət və xüsusi dalğıc avadanlıqları ilə hadisə yerinə göndərilib: “Saat 14:58-də intihar məqsədi ilə özünü kanala atmış Zərdab rayonu Şahüseynli kənd sakini, 1999-cu il təvəllüdlü Həsənova Mətanət Yaşar qızının cəsədi “Aran” dalğıc axtarış qrupunun dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib”.