XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2018 - 17:33

Alman əsgəri NATO-nun təlimində həlak oldu –Litvada

Almaniya Silahlı Qüvvələrinin hərbi qulluqçusu NATO-nun Litvadakı Pabrad poliqonunda keçirilən təlim zamanı həlak olub.

Bu barədə Baltik respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik baş verən ölüm hadisəsini “bədbəxt hadisə” adlandırıb. Belə ki, hərbçinin idarə etdiyi zirehli nəqliyyat vasitəsi ağaca çırpılıb.

Litva Müdafiə Naziliyinin məlumatında insidentlə bağlı alman hüquq-mühafizə orqanlarının təhqiqat apardıqları da vurğulanıb/Teleqraf.com.