XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2016 - 19:41

Poroşenko Gürcüstanın baş naziri ilə “İpək yolu”nu müzakirə edib

Poroshenko-gorush-gurcu

Ukrayna prezidenti Pyotr Poroşenko Münhendə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər iqtisadi əməkdaşlıq, xüsusilə də, yeni "İpək yolu" marşrutunun inkişafının aktivləşdirilməsi barədə razılığa gəliblər.

Rusiyanın öz ərazisindən Qazaxıstana yük tranzitini qadağan etməsindən sonra Ukrayna Azərbaycandan keçməklə Çinə alternativ tranzit marşrutunu işə salıb. Yanvarın 15-də ilk sınaq qatarı İliçevskdən Ukrayna – Gürcüstan – Azərbaycan – Qazaxıstan – Çin marşrutu üzrə hərəkət edib. Bu marşrut "İpək Yolu"nun yeni istiqamətidir və Rusiya marşrutuna alternativdir.