İrlandiyalı boksçu Konor Makqreqor yüngül çəkidə UFC kəmərinin sahibi olan rusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir.
TASS xəbər verir ki, Makqreqor bunu öz “Twitter” mikrobloqunda yazıb.
“Əla zərbədir, revanş döyüşünü gözləyirəm”, – deyə irland qaydasız döyüşçü yazıb.
Bazar günü iki idmançı arasında Las-Veqas şəhərində (ABŞ) keçirilən döyüş rusiyalı samboçunun qələbəsi ilə yekunlaşıb. Nurməhəmmədov yüngül çəkidə qazandığı bu 27-ci qələbə sayəsində UFC çempionu titulunu özündə saxlayıb/Report.