XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

07 Oktyabr 2018 - 20:25

 İndoneziyada fəlakət qurbanlarının sayı artır –Ölənlərin sayı 2 minə çatır

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1944 nəfərə qədər artıb.

“Sinhua” xəbər verir ki, Mərkəzi Sulavesi əyalətinin birgə əməliyyat qrupunun nümayəndəsi Mux Txoxirin sözlərinə görə, xəstəxanalarda 2500-dən çox yaralı var.

Bundan əvvəl ölənlərin sayı 1763 nəfər idi.

Sulavesi adasında zəlzələ sentyabrın sonunda baş verib. Onun ardınca adaya sunami gəlib/Report.