XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2018 - 23:32

Azərbaycanın yeniyetmə olimpiya çempionu oldu –FOTO

Azərbaycan cüdoçusu Vüqar Talıbov Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi olub.

66 kq çəki dərəcəsində çıxış edən 15 yaşlı idmançı finalda rusiyalı Abrek Naquçevi 2 dəqiqə 3 saniyəyə ipponla məğlub edib.

Bununla da Talıbov Buenos-Ayres olimpiadasında ilk qızıl medalın sahibi olub. O, həm də yeniyetmələr arasında olimpiya çempionu olan ilk cüdoçu kimi tarixə düşüb.

Daha əvvəl 2014-cü il Nankin olimpiadasında Leyla  Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq) gümüş medal əldə etmişdilər/Report.