XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2016 - 21:24

Bəşər Əsəd ordusu strateji yüksəklikləri ələ keçirib

tank-atesi

Suriyanın hökumət qüvvələri Rəqqa əyalətinin qərbində yerləşən strateji yüksəkliklər üzərində nəzarəti ələ keçiriblər.

"Report" xəbər verir ki, bu barədə bazar günü hərbi mənbəyə istinadən "Sputnik" agentliyi məlumat yayıb.

"Suriya ordusu Rəqqa əyalətinin qərb tərəfindən hücuma keçib. İŞİD terrorçuları ilə şiddətli döyüşdən sonra strateji yüksəkliklər üzərində nəzarəti ələ keçirmək mümkün olub", — deyə mənbə bildirib.

Bunadək İŞİD terrorçuları Suriyanın şimal-şərqində yerləşən Rəqqa əyalətini ələ keçirərək oranı "xilafət"in paytaxtı elan etmişdilər.