XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

08 Oktyabr 2018 - 11:57

Bu gün iqtisadiyyat üzrə Nobel laueratı bilinəcək –Komitənin toplantısı yekunlaşır

Oktyabrın 8-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qalibinin adı elan olunacaq. Bununla da builki mükafat qaliblərinin açıqlanması mərasimi bitəcək.

İqtisadiyyat üzrə mükafatın dəyəri 1 milyon dollardır. Tibb, fizika, kimya və sülh mükafatçılarına da eyni məbləğ verilir. Həmin qaliblər bir həftə öncə bilinib.

Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyib. Səbəb İsveç Akademiyasında cinsi qısnama qalmaqalıdır. Mükafatı bu akademiya verir.

Ötən il Nobel mükafatı ABŞ iqtisadiyyatçısı Riçard H. Zalerə verilib.

Mükafatlar dekabrın 10-da təqdim olunacaq. Həmin gün, 1896-cı ildə İsveç sənayeçisi, mükafatın təsisçisi Alfred Nobel dünyasını dəyişib.