XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

09 Oktyabr 2018 - 16:55

Keçmiş direktora daha bir cinayət işi açıldı –Qüdrət Şükürov cinayətlə əldə olunan pulları leqallaşdırmaqda suçlanır

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakılifttəmir” İstehsalat Birliyinin keçmiş direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb.

Bu barədə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə Şükürov barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Oktyabrın 4-də Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, “Bakılifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə vəzifəsindən azad edilib.

Q.Şükürovun adı ABŞ-da “United Technologies Corporation” şirkətinin ətrafında yaranmış korrupsiya qalmaqalında keçir. Amerika mənbələrinin məlumatına görə, bu şirkətin törəmə şirkəti “OTIS Elevator Co.” Bakı binalarında liftlərin quraşdırılması üçün podratçı alınmasından ötrü “Bakılifttəmir” İB-nin məmurlarına rüşvət verməkdə ifşa edilib.

E.Sultanovun sözlərinə görə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Q.Şükürovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.