XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2018 - 17:19

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salındı –Müdafiə Nazirliyindən açıqlama

 

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Straterq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.