XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2018 - 17:45

Yeni icra başçısı daha bir şöbə müdirinı vəzifədən çıxardı –Gəncə Şəhər İcra Hakimiyyətində növbəti dəyişiklik

Gəncə Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbrahimov Nürəddin Nizami oğlu vəzifəsindən azad edilib.

Strateq.az “Report”a istinadən  xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb.

Həmin vəzifəyə təyinat olmayıb.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.