XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2018 - 21:38

Fransada mitinq zamanı 4 nəfər həbs edilib –Bir neçə nəfər xəsarət alıb

Fransanın paytaxtı Paris şəhərində həmkarlar ittifaqlarının təşəbbüsü ilə hökumətin sosial siyasətinə qarşı etiraz mitinqi keçirilib.

“RİA Novosti” xəbər verir ki, tələbələrin və dövlət qulluqçularının iştirak etdiyi aksiyada polisə hücum edən qara geyimli naməlum şəxslərə qarşı gözyaşardıcı qazdan istifadə olunub. Qarşıdurma zamanı dörd nəfərin həbs olunduğu, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.

Fransanın başqa şəhərlərində də kütləvi etirazlar keçirilib/Report.