XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

10 Oktyabr 2018 - 23:48

İndoneziyada daha bir güclü zəlzələ baş verdi –6 bal gücündə

İndoneziyanın Yava adası sahillərində 6 maqnituda gücündə zəlzələ baş verib.

Bu barədə Avropa – Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri dənizdə, Surabaya şəhərindən 184 km şərqdə qeydə adınıb.

Bildirilir ki, zəlzələ Bakı vaxtı ilə 22:44-də olub və təbii fəlakətin ocağı 30 km dərinlikdə yerləşib.

Sentyabrın sonunda Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində 2 minə yaxın insan həyatını itirib.

Avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim olunub/Report.