XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 October 2018 - 12:03

“Azərbaycan ordusunun qış mövsümünə hazırlığı yoxlanılır” –Nazirlik rəsmilər cəbhə xəttində + FOTO

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada hündür dağlıq ərazi və şərt iqlim şəraitində yerləşən bölmələrdə olublar.

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi polkovnik Qədir Nəsibovun rəhbərlik etdiyi qrup bölmələrin qışa hazırlığı işinin keyfiyyətini, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatını yoxlayıblar: “Şəxsi heyətlə görüşlərdə müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı Müdafiə nazirinin tələb və göstərişləri vəzifəli şəxslərə çatdırılıb, metodiki məşğələlər keçirilib”.