XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 October 2018 - 12:42

Quba Rayon Mərkəzi Xəstəxanası ilə uşaq bağçası açılışı oldu –Prezident İlham Əliyev mərasimdə

Bu gün Quba Rayon Mərkəzi Xəstəxanasının açılışı olub.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər. Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Oktyabrın 11-də Quba şəhərində 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçası açılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.