XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 14:13

Qırmızı Xaç:“Dilqəm və Şahbazın ailələri ilə danışması üçün skaypdan istifadə oluna bilər”

 

duyez

“Bizim vəzifələrimizdən biri həbsdə olanlarla ailələri arasında əlaqəni təmin etməkdir. Onlarla telefon əlaqəsi yaratmaq mümkündür. Texnologiyanın inkişafı ilə əlaqdar skayp da istifadə oluna bilər”.

Strateq.az bildirir ki, bu barədə Beynəlxaq Qırmızı Xaç Komitəsinin Yerevan nümayəndəlyinin rəhbəri Karolin Duyez “arminfo”ya müsahibəsində azərbaycanlı girovlar Dilqəm və Şahbazın ailələri ilə əlaqə saxlanması perspektivini şərh edərkən bildirib.

Duyezin sözlərinə görə, adətən bu Qırmızı Xaç Təşkilatının vasitəçiliyi ilə edilir.  Bütün hallarda qərarı hakimiyyət verməlidir. 

Qeyd edək ki, Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovların öz ailələri ilə skayp vasitəsi ilə danışmaları üçün prosesin aparıldığını demişdi. Duyez bildirib ki, hazırda girovlar Qırmızı Xaçın köməyi ilə məktub vasitəsi ilə əlaqə saxlayırlar.