XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 14:35

ETSN:"Badamdarda sürüşmə davam edir, istinad divarı 4-5 metr aşağıya irəliləyib"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar – 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər.

Nazirliyin Mətbuat xidmətindən “Report”a bildirilib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik davam edir: “Sürüşmə kütləsini saxlamaq üçün 2013-cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləyib, həmin istinad divarında hipsometrik olaraq sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb.

Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətdədir və insanların həyatı üçün təhlükə yoxdur”.