XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 16:23

İngiltərə Premyer Liqası:sentyabr ayının ən yaxşı oyunçusunun adı açıqlanıb

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusunun adı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, səsvermənin nəticəsinə əsasən, sorğuda Londonun “Çelsi” klubunu əsas qol silahı sayılan Eden Hazard qalib olub. O, Aleksandr Lakazette (“Arsenal”), Rəhim Sterlinq (“Mançester Siti”), Qulfi Sigurdsson (“Everton”), Villi Boli (“Vulverxempton”) və Ceyms Medisonu (“Lester Siti”) qabaqlayıb.

Qeyd edək ki, sentyabrda belçikalı dörd oyun keçirdib və beş dəfə fərqlənib.