XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

25 Aprel 2015 - 19:18

Hindistanda zəlzələ: 36 nəfər öldü
Nepaldakı yeraltı təkanlar zəlzələdən sonra Hindistanda baş vermiş yeraltı təkanlar nəticəsində ilkin məlumata görə 36 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində ölkənin Bihar ştatında 25 nəfər ölüb, daha 8 nəfər Pradeş, 3 nəfər isə Qərbi Benqaliya ştatında ölüb.

Hindistanda zəlzələ: 36 nəfər öldü

Yeraltı təkanlar paytaxt Nyu Deli daxil olmaqla, Hindistanın şimalındakı əksər yaşayış məntəqələrində hiss olunub.

Qeyd edək ki, bu gün Nepalda baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 1500 nəfəri keçib. Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.
Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib.