XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

13 Oktyabr 2018 - 19:35

Fövqəladə hallar naziri Badamdardakı sürüşmə zonasında- FOTO

Oktyabrın 13-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olub.

“Report” FHN-in saytına istinadən xəbər verir ki, nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olub, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Qeyd edək ki, sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qərərgah yaradılıb.