Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın apardığı müşahidələrin nəticəsi açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmənin dinamikasında ötən saatlara nisbətən ciddi dəyişiklik baş verməyib.
Sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edir.
Qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir.