“STAR zavodu açıldıqdan sonra Azərbaycan Türkiyədə ən böyük xarici investor olacaq”.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib.
“Bu gün Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük investordur. Azərbaycan isə STAR zavodunun açılmasından sonra Türkiyədə ən böyük xarici investor olacaq”, – E.Özoral deyib.
Xatırladaq ki, oktyabrın 19-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodunun (NEZ) açılış mərasimi keçiriləcək/Report.