Badamdar-20-ci sahə şosesində sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayiət olunur.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Strateq.az-a verlən məlumata görə, mərkəzin əməkdaşları bu gün ərazidə tədqiqat aparan zaman evlərdən birinin hasarı uçub.
Məlumatda bildirilib ki, oktyabrın 12-dən başlayaraq, RSMX-nin əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar: “İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların başvermə ehtimalı yüksəkdir. Aparılan işlərin nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.