Badamdardakı sürüşmə zonasında monitorinq davam edir.
Strateq.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 21-00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsində aktivlik davam edir: “Sürüşmə kütləsinin həm cənub,həm də şimal hissəsində torpaq qatının kənarlarında xırda çatlar müşahidə edilib və bu da sürüşmə kütləsinin ölçülərinin artması ilə müşayət oluna bilər”.