XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 October 2018 - 21:58

Səudiyyənin İstanbuldakı baş konsulundan qəfil addım –Türkiyəni tərk etdi

“Vaşinqton Post” yazarı Camal Xaşuqçinin itkin düşməsi qalmaqalına görə gündəmə gələn Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi Türkiyəni tərk edib.

Türkiyə mətbuatı xəbər verir ki, diplomat Türkiyə vaxtı ilə saat 17:00-da Atatürk Hava Limanından “Saudia” aviaşirkətinə məxsus təyyarə ilə ölkəsinə yola düşüb.

Məlumata görə, müxalifətçi ərəb jurnalistin itkin düşməsini araşdırmaq üçün Türkiyə ilə Səudiyyə Ərəbistanının yaratdığı müştərək təhqiqat qrupunun baş konsulun iqamətgahında axtarış aparmalı imiş.

Xatırladaq ki, dünən 10 polis məmuru və bir prokurordan ibarət olan Türkiyə heyətinin 9 saatlıq apardığı araşdırmasından sonra Xaşuqçinin öldürüldüyünə dair dəlillərin tapıldığı bildirilir/Teleqraf.com.