XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

16 Oktyabr 2018 - 23:39

Azərbaycan milli komandası Norveçlə bacarmadı –Avropa çempionatı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu Norveç yığmasına qarşı keçirib. 

Drammen şəhərindəki “Maryenlist” stadionunda təşkil olunmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bolqarıstanlı referi Volen Çinkov 9-cu dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin edib. Fəhmin Muradbəyli bu şansdan yararlanmağı bacarıb. Lakin qələbə hesabını qorumaq mümkün olmayıb. 76-cı dəqiqədə Leo Ostiqard bərabərlik qolunu vurub.

Beləliklə, Rəşad Sadıqovun baş məşqçi olduğu yığma qrupu 10 oyundan 3 xalla sonuncu pillədə başa vurub. Xallarını 15-ə çatdıran Norveç isə qrupu ikinci yerdə tamamlayıb və “play-off”a vəsiqə şanslarını qoruyub.

Qrupun digər oyunlarında İsrail Kosovoya 3:0, Almaniya İrlandiyaya 2:0 hesabı ilə qalib gəlib.

Ötən ay Bakıda keçirilmiş görüşdə Azərbaycan Norveçə uduzmuşdu – 1:3.

Report