XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

17 Oktyabr 2018 - 15:05

Bayıl yamacındakı sürüşmə ilə bağlı qabaqlayıcı tədbirlər görüləcək- Açıqlama

Bakının Bayıl yamacında, Buxta küçəsindəki sürüşmə zonasında yaşayış təhlükəlidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə deyib.

Onun sözlərinə görə, küçənin ön hissəsindəki evlər sökülüb və gərginlik var: “Ön hissədə uçqun baş verən evlər sökülmüşdü. Yaz ayında təxminən 43 ev qəzalı vəziyyətdə oldu. Bu gün sürüşmə nəticəsində 9 nömrəli ev tamamilə dağılıb. Həmin evin yanındakı iki evdə də deformasiyalar müşahidə olunur”.

Nazirlik tərəfindən Buxta küçəsinin riskli ərazi kimi konturlaşdırıldığını deyən Əz.Qaralov qeyd edib ki, digər evlər təhlükədədirlər: “Yerli qurumlar tərəfindən qabaqlayıcı işlər görüləcək”.