Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan “Report”a verilən məlumata görə, saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır:
“Sürüşmə sahəsində asılı vəziyyətdə qalan tikilinin (hasarın – “Report”) altındakı torpaq qatı artıq uçqun vəziyyətindədir. Tikilinin hərəkət etmə ehtimalı var. Ərazidə müşahidə olunan xırda çatların ölçüləri nəzərəçarpacaq dərəcədə artıb”.