Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) son günlərdə 7 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısını alınıb.
Strateq.az DSX-nin mətbuat mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, oktyabrın 7-də Banqladeş vətəndaşı Ahmed Mohammad Masumun və Moksu Mohammad Muminoor Rohmanın, oktyabrın 8-də Ashraf Muhammadın və Ahmed Bilalın, oktyabrın 9-da Hindistan vətəndaşı Gurpreet Singhnın, İran vətəndaşı Abedi İmanın, oktyabrın 14-də İtaliya vətəndaşı Mshainesh Ahmadın saxta vizalarla Azərbaycanın dövlət sərhədini keçmək istəyərkən saxlanılıb.
Mətbuat mərkəzi bildirir ki, saxlanılan şəxslər barədə müvafiq tədbirlər görülüb.