XƏBƏR LENTİ

01 Mart 2021
28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

17 Oktyabr 2018 - 18:04

Qərargah:"Sürüşmə sahəsində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb"

Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən ərazidə gərginlik davam edir.

Gün ərzində yağan yağış sürüşmə sahəsində uçqun və töküntü proseslərinin dinamikasında artıma səbəb olub.

Sürüşmə sahəsinin sağ və sol hissələrində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb.