Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Göyçay rayonu ərazisində reyd keçirib.
Strateq.az ETSN-ə istinadən bildirir ki, reyd zamanı Göyçay rayonu ərazisində yeşik hazırlanan sexlərdə icazəsiz yolla əldə edilmiş ümumilikdə 9,0 kub metr həcmində fısdıq cinsli meşə materialı aşkar edilib: “Faktlarla bağlı sexlərin sahibləri Əfqan Rəhimov, Anar Qafurov və Vüqar Zülfüqarov barəsində akt tərtib olunub və ümumilikdə onlara meşə fonduna dəyən 1278 manat məbləğində ziyan tətbiq edilib”.