Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.
Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargaha istinadən bildirir ki, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib: “Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub”.