XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 16:17

Fransa parlamentinin deputatları Azərbaycana gələcək –Gələn həftə

Fransa parlamentinin deputatları gələn həftə Azərbaycana gələcəklər.

Nümayəndə heyətinə Andre Vilye, Bertran Sor, Jan-Lük Reitzer və digər deputatlar daxildir.

Onlar Bakıda keçiriləcək VI Humanitar Forumda iştirak edəcəklər.

Fransa parlamentində Fransa-Azərbaycan Dostluq qrupunun üzvü Andre Vilye “Report“a bildirib ki, fransalı deputatların Azərbaycana bu səfəri iki ölkə arasında yüksək səviyyədə inkişaf edən ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə imkan yaradacaq.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar forumu oktyabrın 25-26-da baş tutacaq/Report.