XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 18:08

Qərargahdan Badamdardakı sürüşmə ilə bağlı yeni açıqlama:"Müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib"

Badamdarda sürüşmə ilə bağlı monitorinqlər davam edir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargaha istinadən bildirir ki,Badamdar sürüşmə ərazisində isə saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən gərginlik qalmaqdadır:

“Sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb”.