XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 20:26

Təhsil Nazirliyində yeni komissiyalar yaradıldı –Direktor seçkiləri ilə bağlı

Təhsil naziri Ceyhun Bayramov  bu gün “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb.

Strateq.az Təhsil Nazirliyinə istinadən bildirir ki, əmrə əsasən, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları” təsdiq edilib.

Bununla da Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyində müsabiqə və apellyasiya komissiyaları yaradılıb: “Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş əsasda dörd mərhələdən ibarət müsabiqə yolu ilə elektron qaydada keçirilir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, pedaqoji stajı 5 ildən az olmayan (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər”.

Müsabiqənin 2018-ci ilin oktyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır.