XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 October 2018 - 20:39

Eyni şəxsin iki dəfədən artıq prezident seçilməsi… –FIDE qadağa qoydu

 

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Nizamnaməsinə dəyişiklik edilib. 

Qurumdan verilən məlumata görə, bundan sonra eyni şəxs iki dəfədən artıq Federasiyanın prezidenti seçilə bilməyəcək.

Qərar FIDE-nin Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında qəbul olunub.

Qeyd edək ki, FIDE prezidenti hər dörd ildən bir seçilir. Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç oktyabrın 3-də FIDE-nin yeni prezidenti seçilib. Onun sələfi Kirsan İlümjinov 1995-ci ilin noyabrından bu postda çalışıb və qurumun Etika Komitəsi tərəfindən 2018-ci il iyulun 13-də vəzifəsindən kənarlaşdırılıb.

Report